Ali Məhkəmədə ölkəmizin vərəsəlik hüququ ilə bağlı yeni dövrə keçidini şərtləndirən məsələlər müzakirə edilib
Bakı, 20 fevral, AZƏRTAC
Ali Məhkəmədə Mülki kollegiyanın hakimləri ilə Notariat Palatası və Ədliyyə Nazirliyinin Notariat idarəsinin rəhbərliyi arasında görüş keçirilib.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkəmizin vərəsəlik hüququ ilə bağlı yeni dövrə keçidini şərtləndirmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarında əks olunmuş hüquqi mövqelər müzakirə edilib.
Tədbirdə xüsusilə, bu hüquqi mövqelərin vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi sahəsində notariat orqanlarının fəaliyyətinə və məhkəmə təcrübəsinə təsiri, təcrübənin vahidliyini təmin edəcək yeni yanaşmalar, habelə aidiyyəti qanunvericilik aktlarının təkmilləşdirilməsi və vətəndaşların maarifləndirilməsi ilə bağlı həyata keçirilməsi zəruri olan tədbirlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin bu sahədə müvafiq tənzimləmənin həyata keçirilməsində üzə çıxacaq çətinliklərin operativ həlli məqsədilə qarşılıqlı dialoqun davam etdirilməsi barədə razılıq əldə olunub.
Küləkli hava şəraiti ilə bağlı “sarı” xəbərdarlıq verilib
Xəbərdarlıq: Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır
Xəzər dənizində zəlzələ baş verib
“İRƏLİ” İctimai Birliyinin IX hesabat-seçki konfransı keçirilib
Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumu işə başlayıb