×
A
A
A
Sazlamalar

Xankəndidə silah və sursatlar aşkarlanıb

Bakı, 20 fevral, AZƏRTAC
Xankəndidə silah və sursatlar aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatda bildirilir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 19-da Xankəndi şəhəri ərazisində 2 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 9 ədəd qumbara, 17 alışdırıcı, 54 ədəd patron darağı, 1575 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Cəmiyyət 2024-02-20 10:01:00