×
A
A
A
Sazlamalar

BŞTİ: Məktəbli qıza qarşı qeyri-etik hərəkətlərlə bağlı məsələ nəzarətə götürülüb

Bakı, 19 fevral, AZƏRTAC

Paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələ nəzarətə götürülüb.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Cəmiyyət 2024-02-19 23:35:00