×
A
A
A
Sazlamalar

UNICEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdulladan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.
Prezident kimi fəaliyyətə başlamağınız münasibətilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi adından səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
UNICEF-lə Azərbaycan Hökuməti arasında 30 ildən artıq müddəti əhatə edən yüksək səviyyəli tərəfdaşlığa istinadən Azərbaycanda uşaq hüquqları gündəliyinin həyata keçirilməsində əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirəm. UNICEF uşaqlar uçun daha yaxşı gələcəyin qurulmasında və onların tam potensiallarının inkişaf etməsi üçün imkanların yaradılmasında Azərbaycan Hökuməti ilə yaxından işləmək öhdəliyinə sadiqdir.
COP29 konfransı qlobal iqlim müzakirələrinin ön sıralarında uşaqlara və gənclərə yer verilməsi baxımından Azərbaycanın aparıcı rol oynaması uçun xüsusi fürsət yaradır. Uşaqların və gənclərin iqlim dəyişikliyi ilə mübarizə tədbirlərində əhəmiyyətli dərəcədə iştirakını dəstəkləmək və onları daha dayanıqlı gələcək üçün tələb olunan təhsil və bacarıqlarla təmin etmək məqsədilə Azərbaycan Hökuməti ilə tərəfdaşlıq etməyə hazırıq.
Zati-aliləri, an yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,

 

Saca Faruq Abdulla
UNICEF-in Azərbaycandakı nümayəndəsi

Məktublar 2024-02-19 19:06:00