×
A
A
A
Sazlamalar

Gürcüstan-Azərbaycan Dostluq və Mədəni Əlaqələr Assosiasiyasının İdarə Heyətinin sədri Georgi Sturuadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.
Prezident seçkilərində qələbənizlə əlaqədar xalqınızla sevincini bölüşən siyasətçilər və ictimai xadimlərlə yanaşı, mən də Sizi və bütün Azərbaycan xalqını ölkənin ali vəzifəsinə seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Sizin Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz sadiq tərəfdarlarınızı – Gürcüstan ziyalılarını ruhlandırır.
Bizim üçün başlıca olan qədim qardaşlıq ənənələrinin, xalqlarımız arasındakı dostluq münasibətlərinin və mədəni əlaqələrin təkcə dövlət səviyyəsində deyil, həm də ictimai səviyyədə davam etdirilməsidir.
Siz dərin zəka, istedad və böyük ürək sahibisiniz.
Dərin hörmətlə və minnətdarlıqla,

 

Georgi Sturua
Gürcüstan-Azərbaycan Dostluq və Mədəni Əlaqələr
Assosiasiyasının İdarə Heyətinin sədri

Məktublar 2024-02-19 18:26:00