×
A
A
A
Sazlamalar

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souzadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə Portuqaliya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır və ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.
Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən əlaqələri ikitərəfli səviyyədə bütün sahələrdə və çoxtərəfli kontekstdə daha da inkişaf etdirəcəyik.
Cənab Prezident, bir daha Sizə təbriklərimi çatdırır, Azərbaycan xalqının firavanlığı və inkişafı üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,

 


Marselo Rebelo de Souza
Portuqaliya Respublikasının Prezidenti

Məktublar 2024-02-19 18:33:00