×
A
A
A
Sazlamalar

Türkiyənin KAMU-SEN Həmkarlar İttifaqları Konfederasiyasının sədri Öndər Kahveçidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.
2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərində Azərbaycan vətəndaşlarının yüksək etimadı ilə yenidən dövlət başçısı seçilməyinizi məmnuniyyətlə qarşıladıq. Bu münasibətlə Zati-alinizi səmimi-qəlbdən təbrik edirəm.
“Bir millət, iki dövlət” prinsipi əsasında Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bundan sonra daha da möhkəmlənəcəyinə inanıram.
Hörmətli Prezident, Sizə Azərbaycan xalqı və dövləti naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,

 

Öndər Kahveçi
Türkiyənin KAMU-SEN Həmkarlar İttifaqları
Konfederasiyasının sədri

Məktublar 2024-02-19 14:37:00