×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib YENİLƏNİB VİDEO

Ankara, 19 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoydu.
Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edildi.
Sonra xatirə şəkli çəkdirildi.
Dövlətimizin başçısı Xatirə kitabına ürək sözlərini yazdı.

Rəsmi xronika 2024-02-19 12:46:00

Video