Hərbi qulluqçuların asudə vaxtının səmərəli təşkili üçün lazımi şərait yaradılıb
Bakı, 19 fevral, AZƏRTAC
Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçuların asudə vaxtının səmərəli təşkili, hərtərəfli mənalı istirahəti və maarifləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hərbi qulluqçuların, xüsusilə də əsgərlərin klassik və digər janrlarda kitablar oxuması, müxtəlif ədəbiyyat növləri ilə tanış olması, oxuduqları mövzuların qarşılıqlı müzakirə edilməsi məqsədilə hərbi hissələrdə hər cür şərait yaradılıb.
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə "Əsgərin kitab rəfi" adlı kitab toplama aksiyalarında toplanan kitablar çətin relyefli dağlıq ərazilərdə yerləşən bölmələr də daxil olmaqla bütün hərbi hissələrə göndərilib.
Bu kimi tədbirlərin icrası ilə hərbi qulluqçuların kitab oxumağa olan həvəsi daha da artırılır, asudə vaxtları səmərəli və faydalı təşkil edilir.
Hərbi qulluqçularımız “AMAN-25” təlimində uğurla iştirak edirlər
Hərbi qulluqçularımız “Qış təlimi-2025”i uğurla başa vurublar VİDEO
Hərbi pilotlarımız təlim-məşq uçuşları keçiriblər
Azərbaycan-İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib