İdmançılar “Xocalıya ədalət” kampaniyasına qoşularaq Vətənə borclarını yerinə yetirirlər
Bakı, 18 fevral, AZƏRTAC
Gənc vətənpərvər idmançılar Ali Baş Komandanın müsəlləh əsgərləri olaraq istənilən vaxt vətənimizin müdafiəsində fədakarlıq göstərməyə hazırdırlar. Onların hər biri beynəlxalq arenada "Xocalıya ədalət" kampaniyasına qoşularaq Vətənə qarşı müqəddəs borclarını yerinə yetirirlər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində "DAYAQ" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev deyib.
“600 idmançının qatıldığı yarışı təşkil etməkdə əsas məqsəd Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi idman hərəkatına ictimai-siyasi dəstək vermək və Xocalı həqiqətlərini dünyaya çatdırmaqdır. Azərbaycan həqiqətlərinin dünyada tanıtımı müvəffəqiyyətlə davam etdirilir”, - deyə təşkilat rəhbəri bildirib.
Norveç Nobel Komitəsinə 20 Yanvar faciəsi ilə bağlı bəyanat ünvanlanıb
Serbiya mətbuatı 20 Yanvar faciəsindən yazıb
Praqadakı Azərbaycan Mədəniyyət Evində 20 Yanvar qurbanlarının anım gecəsi keçirilib
Latviyada 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib