×
A
A
A
Sazlamalar

Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyənin xarici işlər nazirinin Münxendə görüşü olub VİDEO

Münxen, 16 fevral, AZƏRTAC

Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın görüşü olub.
AZƏRTAC xəbər verir ki, Hakan Fidan dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik etdi.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi.
Söhbət zamanı Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi bir daha vurğulandı, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik bildirildi.
Görüşdə Azərbaycan-Ermənistan münasibətləri, sülh sazişi ilə bağlı danışıqlar və regional təhlükəsizlik məsələləri müzakirə olundu.

Rəsmi xronika 2024-02-16 21:36:00

Video