Azərbaycan Premyer Liqası: XXIII turun hakimləri açıqlanıb
Bakı, 16 fevral, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun hakim təyinatları açıqlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun açılış oyununu FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Beynəlxalq dərəcəli digər hakim Əliyar Ağayev isə “Neftçi” - “Zirə” matçında ədaləti təmsil edəcək.
Azərbaycan Premyer Liqası
XXIII tur
17 fevral (şənbə)
16:00. “Sabah” - “Kəpəz”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bank Respublika Arena”.
18:30. “Səbail” - “Araz-Naxçıvan”
Hakimlər: Kamran Əliyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
“ASCO Arena”.
18 fevral (bazar)
15:30. “Sumqayıt” - “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
18:00. “Neftçi” - “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Neftçi Arena”.
Qeyd edək ki, XXIII turun “Qəbələ” - “Qarabağ” oyunu Ağdam təmsilçisinin Avropa Liqasının pley-off mərhələsində Bakıda Portuqaliya “Braqa”sına qarşı keçirəcəyi cavab qarşılaşmasına görə təxirə salınıb.
FIFA azərbaycanlı futbolçunun şikayətini təmin edib, Türkiyə klubu təzminat ödəyəcək
"Neftçi" İngiltərə çempionunu transfer edib
“Ordu” İdman Klubu Basketbol Liqasında növbəti qələbəsini qazanıb
Dağ velosipedi üzrə Avropa çempionatı Höteborqda keçiriləcək
Bundesliqa: “Bavariya” Münxendə “Verder Bremen”in qapısından üç cavabsız top keçirib