×
A
A
A
Sazlamalar

Qurban Qurbanov: “Braqa” hər oyunda 3-5 qol vura biləcək gücdədir

Bakı, 16 fevral , AZƏRTAC

“Rəqib hər oyunda 3-5 qol vura biləcək gücdədir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Portuqaliyada “Braqa”ya 4:2 hesabı ilə qalib gələn “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
52 yaşlı mütəxəssisin sözlərinə görə, rəqib komandanın heyətində fərdi ustalığı yüksək olan futbolçular var: “Məsələn, son dəqiqələrdə qazandıqları penalti sırf Joau Moutinyunun bacarığının nəticəsi idi. Topla sürətli hərəkəti 11 metrlik cərimə zərbəsinə gətirib çıxardı. Onun ustalığına hamı şahid oldu. Ümumiyətlə, “Braqa”nı cərimə meydançasına buraxmaq çox təhlükəlidir. Biz də komanda olaraq, bunun üzərində işləyirdik. Bütün bunlara baxmayaraq, qələbə bizim oldu”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 22-də Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

İdman 2024-02-16 13:48:00