Azərbaycan taekvondoçuları Tehrandakı turnirdə daha iki medal qazanıblar
Bakı, 16 fevral , AZƏRTAC
Azərbaycan taekvondoçuları İranın paytaxtı Tehranda keçirilən “Fəcr Open” turnirində daha iki medal qazanıblar.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, G1 kateqoriyalı yarışın son günündə Yaşar Məmmədli (68 kiloqram) və Eltac Qafarov (80 kiloqram) bürünc mükafata yiyələniblər.
Bununla da yığma komanda turniri 3 bürünc medalla başa vurub. Daha öncə Rahid Vəliyev (54 kiloqram) də fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycan millisi Tehranda G2 kateqoriyalı Dünya Taekvondosunun Prezidentinin kubokunda da iştirak edəcək. Yarış fevralın 16-19-da təşkil olunacaq.
Gürcüstan Millətlər Liqasında Ermənistanı darmadağın edib
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Millətlər Liqası: Türkiyə millisi doğma meydanda Macarıstanı məğlub edib
“Portu”nun futbolçusu Türkiyə millisində debüt edib
Fernandu Santuş Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib