×
A
A
A
Sazlamalar

Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyasından olan deputatı İbrahim Köşdərədən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.
Azərbaycanda keçirilən prezident seçkilərində qələbə qazanaraq yenidən dövlət başçısı seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırır, fəaliyyətinizdə uğurlar arzulayıram.
Azərbaycanın inkişafı və xalqın rifahının yüksəlməsi, eləcə də ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində səylərinizi xüsusi olaraq qeyd edirəm.
Sizi, dost və qardaş Azərbaycan xalqını bir daha təbrik edir, xoş arzularımı bildirirəm.
Hörmətlə,

 

İbrahim Köşdərə
Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf
Partiyasından olan deputatı

Məktublar 2024-02-15 09:29:00