×
A
A
A
Sazlamalar

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Sizə uğurlar, qardaş xalqınıza isə daha artıq inkişaf və çiçəklənmə arzulayıram.
Zati-alinizə xoş arzu və ehtiramımızı bildiririk.
Qardaşınız,

 

Salman bin Əbdüləziz Al Səud
İki Müqəddəs Ocağın Xadimi,
Səudiyyə Ərəbistanının Kralı

Məktublar 2024-02-14 17:36:00