Ermənistan silahlı qüvvələrinin pilotsuz uçuş aparatı geri qayıtmağa məcbur edilib VİDEO
Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 14-ü saat 12:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Milli Ordunun Kəlbəcər rayonunun İstibulaq yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopterlə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində pilotsuz uçuş aparatı geri qayıtmağa məcbur edilib, təxribatın qarşısı alınıb.
İdrak savaşlarının təzahürləri: ideoloji təhlükəsizlik və hibrid təhdidlər – MƏQALƏ
Həzi Aslanovun anadan olmasının 115 illiyi qeyd edilib
Azərbaycan Ordusunun iki zabiti Çin Hərbi Akademiyasının kursunu uğurla bitirib