×
A
A
A
Sazlamalar

Britaniyalı jurnalist və redaktor Neil Vatsondan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.
Sizi prezident seçkilərindəki qələbəniz münasibətilə təbrik edirəm. Bu qələbə Sizin Azərbaycan Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi İkinci Qarabağ müharibəsində Qarabağı işğaldan azad etməklə və ötən il mərkəzi Xankəndidə olan qeyri-qanuni rejimə son qoymaqla əldə etdiyiniz nailiyyətlərin təsdiqidir. İlk dəfə ölkənin bütün ərazisində keçirilən ümummilli seçkilərdə milliyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşları öz seçki hüququndan istifadə etdilər.
Əminəm ki, çox yaxın gələcəkdə Siz Ermənistanla sülh müqaviləsi bağlayacaq, ölkənizi daha böyük uğurlara istiqamətləndirəcək və bütün Cənubi Qafqazda sülhə və həmrəyliyə nail olacaqsınız.
Sizi bir daha səmimi-qəlbdən təbrik edirəm.
Hörmətlə,

 

Neil Vatson
Britaniyalı jurnalist və redaktor

Məktublar 2024-02-14 13:11:00