×
A
A
A
Sazlamalar

Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının sədri Kol Nikolaydan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Albaniya Həmkarlar İttifaqları Konfederasiyası adından və şəxsən öz adımdan Sizə qardaşlıq salamlarımızı və səmimi təbriklərimizi çatdırırıq. Biz çox sevinirik ki, Siz bundan sonra da Azərbaycan xalqına rəhbərlik edəcək, ölkənizin müstəqilliyinin daha da möhkəmləndirilməsi, iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyətinizi davam etdirəcəksiniz.
İnanırıq ki, Sizin yenidən Azərbaycan Prezidenti seçilməyiniz ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlığı möhkəmləndirəcək və daha yüksək səviyyəyə qaldıracaq.
Fürsətdən istifadə edərək qarşıdakı illərdə Sizə və Azərbaycan xalqına uğurlar, tərəqqi və əmin-amanlıq arzulayıram.
Dərin hörmətlə,

 

Kol Nikolay
Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının sədri

Məktublar 2024-02-13 15:31:00