×
A
A
A
Sazlamalar

Dünya Hökumət Sammitində COP29-dan gözləntilər səsləndirilib

Bakı, 13 fevral, AZƏRTAC

Bu gün Dubayda keçirilən Dünya Hökumət Sammitində iqlim böhranının həllinin aktuallığını müzakirə etmək üçün görüş paneli keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai sosial media hesabında paylaşım edib.
İştirakçılar iqlim dəyişikliyinin azaldılması və uyğunlaşdırılmasında nüvə enerjisinin roluna xüsusi diqqət yetirərək Davamlı İnkişaf Məqsədləri üzrə Dünya Hökumət Sammitinin müzakirə qrupunda fikirlərini bölüşüblər. İştirakçılar çıxışlarında nüvə sənayesi üçün vacib olan COP28-in nəticələrini və Beynəlxalq Atom Enerjisi Agentliyinin qabaqcıl təşəbbüslərinin əhəmiyyətini vurğulayaraq COP29 üçün gözləntilərini diqqətə çatdırıblar.
Qeyd edək ki, fikir mübadiləsi COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Mariano Grossi, ADNOC Group-un icraçı direktoru İbrahim əl-Zubi və Climate Alpha-nın baş direktoru Paraq Hannahın iştirakı ilə keçirilib.

Cəmiyyət 2024-02-13 14:19:00