AQTİ-də qida sahəsində yeni fəaliyyətə başlayan sahibkarlar üçün təlimlər keçiriləcək
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) qida zəncirinin bütün mərhələləri üzrə yeni fəaliyyətə başlayan sahibkarlıq subyektləri üçün ödənişsiz təlimlər keçiriləcək.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təlimlər qida müəssisələrinin fəaliyyətini qanunvericiliyin tələbləri çərçivəsində, sanitariya-gigiyena qaydalarına əməl olunmaqla qurmasının təmin edilməsi məqsədilə aparılacaq.
AQTİ-nin peşəkar mütəxəssisləri tərəfindən keçiriləcək təlimlərdə qida subyektlərinin nümayəndələrinə “Qida təhlükəsizliyi haqqında” Qanunu və həmin Qanundan irəli gələn tələblər haqqında ətraflı məlumat veriləcək. İştirakçılar müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması qaydaları və digər məsələlər barədə məlumatlandırılacaq.
Təlimlərlə bağlı daha ətraflı məlumat almaq, həmçinin təlimlərə qoşulmaq istəyən sahibkarlıq subyektləri və ya onların səlahiyyətli nümayəndələri “1003-Çağrı Mərkəzi”nə müraciət edə və ya [email protected] elektron poçt ünvanına məktub yaza bilərlər.
Qeyd edək ki, AQTİ ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi təlimlər keçirir.
AZƏRTAC-ın əməkdaşları “Talassemiyasız həyat naminə” təşəbbüsünə qoşulublar VİDEO
Dövlət katibi: Sloveniya Azərbaycanla ikitərəfli əlaqələri dərinləşdirməkdə maraqlıdır
Nizami rayonunda sürücünü hədələyərək pulunu ələ keçirən şəxslər saxlanılıb
Yasamalda ət satışı mağazasının fəaliyyəti dayandırılıb
Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlarla görüşəcək