×
A
A
A
Sazlamalar

Suraxanı rayonunda saxlanılan şəxsdən 3 kiloqram narkotik vasitə aşkar edilib

Bakı, 13 fevral, AZƏRTAC

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı Yeni Günəşli qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1993-cü il təvəllüdlü Sabir Əhmədli saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, saxlanılan şəxsin üzərindən 3 kiloqram 60 qram narkotik vasitə - marixuana aşkar edilib.
Saxlanılan şəxs ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.
S.Əhmədli barəsində araşdırmalar davam etdirilir.
Bundan başqa, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı daha 2 ədəd müvafiq sənədləri olmayan silah vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.

 

 

Cəmiyyət 2024-02-13 13:15:00