Nasaz nəqliyyat vasitəsilə yüksəksürətli avtomobil yoluna çıxan sürücü barəsində tədbir görülüb
Bakı, 13 fevral, AZƏRTAC
Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunda idarə etdiyi nasaz nəqliyyat vasitəsilə digər hərəkət iştirakçılarına təhlükə yaradan sürücü ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Baş Dövlət Yol Polisi İdarəsində araşdırılıb.
İdarədən AZƏRTAC-a verilən məlumata görə, araşdırma nəticəsində 99-ZY-691 dövlət qeydiyyat nişanlı avtomobili mühərriki nasaz vəziyyətdə idarə edən şəxsin Şirvan şəhər sakini Yavər Zaidov olduğu müəyyən edilib və həmin sürücü barəsində inzibati qanunvericiliyə uyğun tədbir görülüb.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha nəqliyyat vasitələrinin sahiblərinə və sürücülərə müraciət edərək onları istifadələrində olan avtomobillərə vaxtında texniki qulluq göstərməyə, sazlığından əmin olmadıqları nəqliyyat vasitələrinin istismarından çəkinməyə çağırır və bu kimi səhlənkarlıqların sonradan ağır nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edir.
Əmək qəhrəmanı Tərlan Musayevaya həsr olunmuş kitabın təqdimatı keçiriləcək
ANAMA: 1043.2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
FHN: Masallıda fərdi yaşayış evi yanıb VİDEO
Ötən il NİİM-in kameraları 2 mindən çox yol-nəqliyyat hadisəsini qeydə alıb