Azərbaycan üzgüçüsü Dünya Su İdmanı Çempionatında iştirak edir
Bakı, 13 fevral, AZƏRTAC
Qətərin paytaxtı Doha şəhərində üzgüçülük üzrə Dünya Su İdmanı Çempionatı keçirilir.
Azərbaycan Üzgüçülük Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, turnirdə ölkəmizi yığmanın kapitanı Ramil Vəlizadə təmsil edir. İdmançı bu gün 200 metr, fevralın 16-da isə 100 metr məsafəyə “batterfly” üsulu ilə üzmə yarışında gücünü sınayacaq.
Yarışda ABŞ, Kanada, Avstraliya, Niderland, Böyük Britaniya, İtaliya, Almaniya, Fransa, İspaniya, Yaponiya, İsveçrə və Braziliya kimi ölkələrdən üzgüçülər iştirak edirlər.
Hazırda Çin millisi 25 medalla liderdir. Avstraliya 10 medalla 2-ci, ABŞ isə 7 medalla 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Dünya Su İdmanı Çempionatı fevralın 18-dək davam edəcək.
Azərbaycan Kuboku: "Sabah" növbəti mərhələyə yüksəlib
Azərbaycan Avropa üzrə Beynəlxalq Tədris Mərkəzini qurma hüququna yiyələnib
Qadın voleybolçular arasında Yüksək Liqada I turun oyunları keçirilib
Səudiyyəli qonaq: Şuşanın gözəlliyi və zəngin mədəni irsi məni heyran etdi