×
A
A
A
Sazlamalar

Muxtar Babayev: COP29-un Bakıda keçirilməsi ölkəmiz üçün böyük məsuliyyətdir

Bakı, 13 fevral, AZƏRTAC

“COP29-un Bakıda keçirilməsi ölkəmiz üçün böyük məsuliyyət, eyni zamanda, böyük imkandır. Bu gün biz burada həm dinləyirik, həm də öyrənirik”.
AZƏRTAC COP29-un rəsmi "X" hesabına istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri, COP29 un prezidenti Muxtar Babayev Dubayda keçirilən Dünya Hökumət Sammitində çıxışı zamanı deyib.
Nazir, həmçinin qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərində Dünya Hökumət Sammitinə iştirakımız COP28 komandası ilə birlikdə işləmək üçün yaxşı şansdır.
Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitində iştirak edən Azərbaycan COP29 un rəhbər ölkəsi olaraq bir sıra görüşlər keçirir, razılaşmalar əldə edir.

 

 

Cəmiyyət 2024-02-13 12:11:00