Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 10 dərəcə yüksəkdir
Dumanlı hava şəraiti fevralın 15-dək davam edəcək
Bakı, 13 fevral, AZƏRTAC
Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Dumanlı hava şəraitinin fevralın 15-dək fasilələrlə davam edəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumatına görə, dumanlı hava şəraitinin səbəbi nisbətən soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır. Xəzər dənizi üzərində formalaşan duman qatı cənub-şərq istiqamətli küləklərlə Abşeron yarımadasına daxil olub.
Hazırda Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 10 dərəcə yüksəkdir.
Zaqatalada narkotiklərin satışı ilə məşğul olan keçmiş məhkum tutulub
Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI
DİN: Yasamal rayonunda yük avtomobilinin ağaca dəyməsi nəticəsində sıxlıq yaranıb
Baş Prokurorluq: Beynəlxalq axtarışa verilmiş daha 7 şəxs ölkəmizə ekstradisiya edilib