Məzahir Pənahov: Prezident seçkilərində gənclər çox böyük fəallıq göstərirdilər
Bakı, 13 fevral, AZƏRTAC
Fevralın 7-də keçirilmiş prezident seçkilərində gənclər çox böyük fəallıq göstərirdilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bugünkü iclasında deyib.
Məzahir Pənahov qeyd edib ki, ümumiyyətlə, prezident seçkiləri üzrə səsvermənin hazırlanıb keçirilməsi üçün bütün məntəqələrdə lazımi tələblərə cavab verən şərait yaradılmışdı. Bütün məntəqələr səsvermə günü yüksək səviyyədə fəaliyyət göstərdilər.
Qeyd edək ki, hazırda Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilir. İclasda 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılır.
Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd olunub
Ceyhun Bayramov və Gürcüstanın keçmiş xarici işlər naziri arasında telefon danışığı baş tutub
Ceyhun Bayramov Gürcüstanın yeni təyin edilmiş xarici işlər naziri ilə telefonla danışıb