Azərbaycan və Braziliya arasında COP sahəsində tərəfdaşlığa start verilib
Bakı, 13 fevral, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumətlər Sammitində iştirak edən Azərbaycan nümayəndə heyəti COP29 un rəhbər ölkəsi olaraq bir sıra görüşlər keçirir. COP29 üzrə ölkəmizi təmsil edən nümayəndə heyətinə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir.
AZƏRTAC COP29-un rəsmi "X" hesabına istinadən xəbər verir ki, COP28-in vasitəçiliyi ilə COP prezidentləri üçlüyü (ötən, hazırkı və gələcək) çərçivəsində hazırkı və gələcək COP prezidentləri arasında əməkdaşlığı və davamlılığı möhkəmləndirmək üçün Azərbaycan və Braziliya arasında tərəfdaşlığa start verilib. Bu tərəfdaşlığın məqsədi "missiya 1.5°C"ni dəstəkləməklə iqlim dəyişikliyi ilə mübarizə sahəsində fəaliyyətə təkan verməkdir.
"Üçlük" Paris Sazişinin bütün əsas istiqamətləri üzrə iddia və təklifləri artırmaq, Dubayda əldə edilmiş BƏƏ konsensusuna uyğun kursu tənzimləmək üçün bu gündən başlayaraq COP30-a qədər üç COP prezidenti arasında əməkdaşlıq yaratmaq üçün yaxın zamanlarda platforma təqdim edəcək. Bu barədə COP prezidentləri üçlüyü razılaşma əldə edib.
ANAMA: 1043.2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
FHN: Masallıda fərdi yaşayış evi yanıb VİDEO
Ötən il NİİM-in kameraları 2 mindən çox yol-nəqliyyat hadisəsini qeydə alıb
Xəzərin sahilində suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə nümunələr götürülüb