×
A
A
A
Sazlamalar

İngiltərə Premyer Liqası: Turun son oyununda “Çelsi” qələbə qazanıb

Bakı, 13 fevral, AZƏRTAC

İngiltərə Premyer Liqasında XXIV tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son oyununda "Kristal Pelas" və "Çelsi" komandaları üz-üzə gəliblər. Dörd qolun vurulduğu görüş "zadəganlar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticələrdən sonra xallarını 34-ə çatdıran "Çelsi" 10-cu sıradadır. "Kristal Pelas" isə 24 xalla 15-ci pillədə qalıb. Turnir cədvəlinə isə 54 xalla "Liverpul" başçılıq edir.

İdman 2024-02-13 08:14:00