İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, İtaliya Senatının senatoru Marko Skurriadan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə İtaliya-Azərbaycan Dostluq Qrupunun sədri qismində Sizi ürəkdən təbrik etməyi vacib hesab edirəm.
Mən dövlətlərimiz arasında ticarət və mədəni əlaqələrin inkişafını, bunun nəticəsi olaraq Roma ilə Bakı arasında 30 ildən artıq davam edən əlaqələrin intensivləşməsini qətiyyətlə dəstəkləyirəm.
Tezliklə uyğun bir zamanda növbəti missiyalardan birində Sizinlə görüşə biləcəyimə ümid edirəm.
Fürsətdən istifadə edib Sizə ən səmimi salamlarımı çatdırıram.
Hörmətlə,
Marko Skurria
İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, İtaliya Senatının senatoru
Qambiya Respublikasının Prezidenti Adama Barroudan
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa