×
A
A
A
Sazlamalar

“Real Madrid”in avtobusu qəzaya uğrayıb

Bakı, 12 fevral, AZƏRTAC

“Real Madrid”in futbolçularını və məşqçilər heyətini daşıyan avtobus Çempionlar Liqasının 1/8 final mərhələsində “RB Leipzig”lə oyuna gedərkən qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “El Chiringuito TV” portalı məlumat yayıb.
Bildirilir ki, hadisə Almaniyada baş verib. Magistral yol ilə hərəkət edən avtomobilin sürücüsü “Real Madrid”in futbolçularını aparan avtobusun görüntüsünü çəkməyə çalışıb. Bu zaman o, idarəetməni itirib və onun avtomobili ispan klubunun avtobusu ilə toqquşub. Xəsarət alan olmayıb.
Fevralın 13-də “Red Bull Arena”da Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Real Madrid” və “RB Leypsiq” komandaları arasında ilk oyun keçiriləcək. Cavab oyunu martın 6-da Madriddə “Santyaqo Bernabeu” stadionunda olacaq.

 

İdman 2024-02-12 21:12:00