×
A
A
A
Sazlamalar

Rusiya telekanalı azərbaycanlı aktyorların iştirakı ilə serial nümayiş etdirəcək

Moskva, 12 fevral, AZƏRTAC

Rusiyanın “Domaşni” federal telekanalında fevralın 19-dan “Ərik acısı” serialının nümayişinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, filmdə azərbaycanlı aktyorlar Fuad Şabanov, Rüstəm Cəbrayılov və Hüsniyyə Mürvətova çəkiliblər.
Serial Tatyana İzosimavanın ssenarisi üzrə rejissor Aleksandr Moxov tərəfindən çəkilib.
Süjetə görə baş qəhrəman Anna Voloşina türk klinikasına ürək köçürməsi ilə bağlı müraciət edir. Baş həkim Camal Annaya bir gün əvvəl qəzada həlak olan öz həyat yoldaşının ürəyini köçürmək qərarına gəlir. Bu arada Camalın oğlu evdən qaçaraq anasının ölümündə atasını günahlandırır. Annanın ana qəlbi oğlunu harada axtarmağı “xəbər verir”.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Mədəniyyət 2024-02-12 16:32:00