×
A
A
A
Sazlamalar

Goranboy rayonunun Qaradağlı kəndində məktəblilər arasında yunan-roma güləşi üzrə yarış keçirilib

Bakı, 12 fevral, AZƏRTAC

Goranboy rayonunun Qaradağlı kənd orta məktəbinin idman zalında yunan-roma güləşi üzrə yarış keçirilib. Yarışın keçirilməsində məqsəd yunan-roma güləşi üzrə idmançıların dostluq əlaqələrini yaratmaq, uşaq və yeniyetmələr arasında idman növlərini təbliğ edilməsidir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Çıxış edən Milli Məclisin deputatı Anar Məmmədov ölkəmizdə aparılan idman siyasətindən danışaraq, Azərbaycanda güləş idman növünün ənənələrini qeyd edib və bu növdə kifayət qədər titullu idmançılarımızın olduğunu vurğulayıb. Uşaq və gənclərin sağlam, vətənpərvər ruhda böyüməsində idmanın rolundan danışan natiqlər bölgələrdə inşa edilən olimpiya-idman komplekslərinin əhəmiyyətini qeyd ediblər.
Bildirilib ki, bu yaxınlarda Azərbaycan Güləş Federasiyası Qaradağlı kənd orta məktəbinin zalına iki dəst güləş döşəyi hədiyyə edib.

İdman 2024-02-12 16:34:00