Dünya rekordçusu faciəvi şəkildə dünyasını dəyişib
Bakı, 12 fevral, AZƏRTAC
Məşhur keniyalı atlet Kelvin Kiptum dünyasını dəyişib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, afrikalı idmançı məşqçisi ilə birlikdə avtomobil qəzasına düşüb. 24 yaşlı atletin idarə etdiyi maşın yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində məşqçi də həlak olub.
Polislər yalnız avtomobildə olan üçüncü sərnişinin həyatını xilas edə biliblər.
Qeyd edək ki, Kelvin Kiptum ötən il İngiltərənin paytaxtı Londonda və ABŞ-ın Çikaqo ştatında keçirilmiş marafonların qalibi olub. O, Böyük Britaniyadakı yarışda 2:01:25 saniyə göstərici ilə dünya rekordunu yeniləyib.
"Beşiktaş" yeni baş məşqçisi ilə müqavilə imzalayıb
Azərbaycan klubu amerikalı basketbolçu transfer edib
Azərbaycan Üzgüçülük Federasiyasına yeni prezident təyin olunub
“Kəpəz” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub
Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi İcraiyyə Komitəsinin növbəti iclası keçirilib