×
A
A
A
Sazlamalar

Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 68-ə çatıb

Bakı, 12 fevral, AZƏRTAC
Filippinin cənubunda baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 68-ə çatıb.
AZƏRTAC “The Standard” saytına istinadən xəbər verir ki, hökumətin açıqladığı rəsmi rəqəmlərə görə, bazar ertəsi palçıqdan ondan çox cəsəd çıxarılıb. Mədən işçiləri və kəndlilər də daxil olmaqla 51 nəfər hələ də itkindir. Səlahiyyətlilər itkin düşənlərin hamısı çıxarılana qədər axtarışları davam etdirəcəklərini bildiriblər.
Qeyd edək ki, torpaq sürüşməsi Davao de Oro əyalətinin Mako şəhərində qızıl mədəninin yaxınlığında baş verib. Davao de Oro əyalətinin rəsmisi Edvard Makapili bildirib ki, xilasetmə işlərinə 300-dən çox adam cəlb olunub, lakin güclü yağış, palçıq və növbəti sürüşmə təhlükəsi əməliyyatlara mane olur.

Dünya 2024-02-12 16:25:00