Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 10 medal qazanıblar
Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycanın bədii gimnastları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Queen Cup” beynəlxalq turnirində 10 medal qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, “Ocaq Sport” klubunun təmsilçilərindən yeddisi qızıl, biri gümüş, ikisi isə bürünc mükafata sahib çıxıblar.
Neslihan Əkbərli alətsiz, Alsu Abdullayeva alətsiz və gürzlərlə, Nilüfər Qasımova alətsiz və lentlə, Nuray Məmmədova topla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İnara Abıyeva gürzlərlə hərəkətlərdə qızıl, alətsiz çıxışda bürünc, Aylin Yusifli isə gürzlərlə hərəkətlərdə gümüş, topla hərəkətlərin icrasında bürünc medallara layiq görülüblər.
Gürcüstan millisi Ermənistan komandasını darmadağın edib
Millətlər Liqası: Türkiyə yığması Macarıstana üç cavabsız qolla qalib gəlib
Azərbaycanın veteran futbolçusu vəfat edib
Azərbaycan Berlində keçirilən boks yarışında uğurla təmsil olunub
Fernandu Santuş: Bir neçə qol vəziyyəti yaratsaq da, yararlana bilmədik