Portuqaliyalı qapıçı: “Qarabağ”ın avrokubok təcrübəsi “Braqa”ya problem yarada bilər - EKSKLÜZİV
Bakı, 12 fevral, AZƏRTAC
“Braqa”nın “Qarabağ”la keçirəcəyi oyunlar gərgin və maraqlı olacaq”.
Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Portuqaliya millisinin və “Braqa” klubunun sabiq qapıçısı Joze Karluş Marafona deyib.
Keçmiş komandasının UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi oyunlardan söz açan 36 yaşlı qolkiper hər iki komandanın keyfiyyətli futbolçulardan təşkil olunduğunu bildirib. “Məhz buna görə maraqlı mübarizə gözləyirəm. Amma indidən matçla bağlı proqnoz vermək çətindir. Hər şey hakimin final fitindən sonra məlum olacaq”.
2016-2019-cu illərdə “Braqa”nın şərəfini qorumuş təcrübəli oyunçu “Qarabağ”ın son illər avrokuboklarda yüksək səviyyədə çıxış etdiyini söyləyib: “Azərbaycan futbolu və “Qarabağ” barədə məlumatlıyam. Ağdam təmsilçisi beynəlxalq arenada güclü komandaları məğlub etməyi bacarıb. Heyətlərində istedadlı oyunçular var. Düşünürəm ki, “Qarabağ”ın avrokubok təcrübəsi “Braqa”ya problem yarada bilər. Bu matçı səbirsizliklə gözləyirəm”.
Portuqaliya millisinin sabiq üzvü “Braqa”nın heyətində təhlükəli oyunçuların olduğunu vurğulayıb: “Braqa”da istənilən oyunun taleyini dəyişə bilən Rikardu Orta, Abel Ruiz kimi hücumçular, eləcə də orta xətdə bütün məsuliyyəti öz üzərinə götürə bilən Rikardo Salazar və müdafiədə etibarlı oyunu ilə diqqət çəkən Joze Fonte və Kristian Borxa kimi futbolçular var. Adlarını sadaladığım oyunçuların hər biri özünəməxsus keyfiyyətlərə malikdir”.
Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.
Millətlər Liqası: İngiltərə məğlub olub, İtaliya heç-heçə edib
Avroliqada İstanbul derbisini “Fənərbağça” qazanıb
Fernandu Santuş: Tallinə qələbə üçün gəlmişik
Azərbaycan millisinin futbolçusu: Estoniyadan Vətənə 3 xalla dönəcəyimizə inanıram
Azərbaycanın minifutbol yığması dünya çempionatında 4-cü yeri tutub