×
A
A
A
Sazlamalar

UEFA-nın ötən mövsüm AFFA-ya ödədiyi vəsait bəlli olub

Bakı, 9 fevral, AZƏRTAC

UEFA 2022-2023-cü illər mövsümündə AFFA-ya 7 937 000 avro ödəniş edib.
AZƏRTAC Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu vəsaitin 1 125 000 avrosu Azərbaycan yığmasının Millətlər Liqasındakı çıxışına görə ayrılıb.
İnvestisiya və həmrəylik ödənişləri 2 972 000 avro təşkil edib.
Milli assosiasiya Çempionlar Liqasında iştirak etməyən yerli klublara görə 1 955 000 avro, “Qarabağ”ın Avropa Liqasındakı çıxışına görə isə 1 885 000 avro alıb.

 

 

İdman 2024-02-09 11:15:00