×
A
A
A
Sazlamalar

Azərbaycan Basketbol Liqası: “Xəzri” “Şəki”yə qalib gələrək liderliyə yüksəlib

Bakı, 8 fevral, AZƏRTAC

Azərbaycan Basketbol Liqasında XIV turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün yeganə matçında "Xəzri" və "Şəki" komandaları üz-üzə gəliblər.
"Sərhədçi" İdman Mərkəzində təşkil olunan oyun paytaxt təmsilçisinin 94:85 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticələrdən sonra xallarını 26-ya çatdıran "Xəzri" liderliyə yüksəlib. "Sabah" 25 xalla ikinci, "Neftçi" isə 24 xalla üçüncü pillədə qərarlaşıb.
Turun ötən gün keçirilən oyununda "Neftçi" "Sabah"a 101:87 hesabı ilə qalib gəlib.

İdman 2024-02-08 22:05:00