×
A
A
A
Sazlamalar

UEFA Millətlər Liqasında yeni mövsümün püşkü atılıb

Bakı, 8 fevral, AZƏRTAC

UEFA Millətlər Liqasında 2024-2025-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Fransanın paytaxtı Parisdə təşkil olunan tədbirdə hər divizion üzrə qrupların tərkibi müəyyənləşib.

UEFA Millətlər Liqası
A Liqası
1-ci qrup: Xorvatiya, Portuqaliya, Polşa, Şotlandiya
2-ci qrup: İtaliya, Belçika, Fransa, İsrail
3-cü qrup: Niderland, Macarıstan, Almaniya, Bosniya və Herseqovina
4-cü qrup: İspaniya, Danimarka, İsveçrə, Serbiya

B Liqası
1-ci qrup: Çexiya, Ukrayna, Albaniya, Gürcüstan
2-ci qrup: İngiltərə, Finlandiya, İrlandiya, Yunanıstan
3-cü qrup: Avstriya, Norveç, Sloveniya, Qazaxıstan
4-cü qrup: Uels, İslandiya, Monteneqro, Türkiyə

C Liqası
1-ci qrup: İsveç, Azərbaycan, Slovakiya, Estoniya
2-ci qrup: Rumıniya, Kosovo, Kipr, Litva/Cəbəllütariq
3-cü qrup: Lüksemburq, Bolqarıstan, Şimali İrlandiya, Belarus
4-cü qrup: Ermənistan, Farer adaları, Şimali Makedoniya, Latviya

D Liqası
1-ci qrup: Litva/Cəbəllütariq, San Marino, Lixtenşteyn
2-ci qrup: Moldova, Malta, Andorra

Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin oyun günləri 5-7, 8-10 sentyabr, 10-12, 13-15 oktyabr, 14-16 və 17-19 noyabrdır.

İdman 2024-02-08 21:51:00