×
A
A
A
Sazlamalar

UEFA Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri bəlli olub

Bakı, 8 fevral, AZƏRTAC

UEFA Millətlər Liqasında 2024-2025-ci illər mövsümünün püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən mərasimdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib.
Yeni mövsümdə də C Liqasında mübarizə aparacaq yığma püşkatmaya 3-cü səbətdən qoşulub.
Hazırda baş məşqçisiz olan milli komanda İsveç, Slovakiya və Estoniya seçmələri ilə birlikdə 1-ci qrupda mübarizə aparacaq.
Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin oyun günləri 5-7, 8-10 sentyabr, 10-12, 13-15 oktyabr, 14-16 və 17-19 noyabrdır.

İdman 2024-02-08 21:30:00