Azərbaycan Kubokunda ilk yarımfinalçı məlum olub
Bakı, 8 fevral, AZƏRTAC
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, açılış matçında “Zirə” “Səbail”i qəbul edib. Zirə İdman Kompleksinin stadionunda oynanılan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Abbas İbrahim, Rəhim Sadıxov və Rafael Utziq vurublar.
İlk oyunda rəqibini 2:1 hesabı ilə məğlub etmiş “Zirə” iki görüşün nəticəsinə əsasən yarımfinala yüksəlib.
Günün digər qarşılaşması Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” və “Sabah” komandaları arasında olacaq. Oyun saat 20:00-da başlayacaq. İlk matçda Ağdam klubu 7:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab oyunları isə fevralın 9-da keçiriləcək. “Qəbələ” öz meydanında “Araz-Naxçıvan”la, “Neftçi” isə “Sumqayıt”la qarşılaşacaq.
Fransa Kuboku: "Lion" V liqa komandasına məğlub olaraq mübarizəni dayandırıb
İspaniya Kral Kubokunda iki komanda növbəti mərhələyə yüksəlib
Juninyo: "Flamenqo"nu ən yaxşı şəkildə təmsil etməyə çalışacağam
Juninyo: "Qarabağ"dan həm böyük sevinc, həm də kədər hissi ilə ayrılıram
"Qarabağ" Juninyonun "Flamenqo"ya keçdiyini açıqlayıb - RƏSMİ