×
A
A
A
Sazlamalar

Yüksək Liqa: “Azərreyl” “Neftçi”yə qalib gələrək liderliyə yüksəlib

Bakı, 8 fevral, AZƏRTAC

Kişi voleybolçuların Yüksək Liqasında XII turun bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün yeganə qarşılaşmasında “Neftçi” və “Azərreyl” komandaları üz-üzə gəliblər.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüş “dəmiryolçular”ın 3:0 hesablı qələbəsi ilə bitib.
Bu nəticələrdən sonra xallarını 21-ə çatdıran “Azərreyl” liderliyə yüksəlib. “Neftçi” isə 16 xalla 4-cü pillədə qalıb.

İdman 2024-02-08 18:17:00