×
A
A
A
Sazlamalar

Rusiya millisi Bakıya 24 cüdoçu ilə gələcək

Bakı, 8 fevral, AZƏRTAC

Cüdo üzrə Rusiya millisinin Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb.
AZƏRTAC Rusiya mətbuatına istinadən xəbər verir ki, yığma yarışda 24 idmançı ilə mübarizə aparacaq.
Cüdoçulardan 11-i kişi, 13-ü isə qadındır. Bütün çəki dərəcələrində təmsil olunan Rusiya cüdoçuları yarışda neytral statusda çıxış edəcəklər.
Qeyd edək ki, “Böyük dəbilqə” turniri fevralın 16-18-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

İdman 2024-02-08 18:03:00