Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə bürünc medal qazanıb
Bakı, 7 fevral , AZƏRTAC
Taekvondo üzrə Azərbaycan millisinin daha bir üzvü Birləşmiş Ərəb Əmirliklərində keçirilən Fuceyra açıq çempionatında medal qazanıb.
Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 36 kiloqram çəki dərəcəsində mübarizə aparan Ülvü Məmmədov uşaqların yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
İdmançı yarımfinaladək Özbəkistan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərini təmsil edən taekvondoçulara 2:0 hesabı ilə qalib gəlib. Lakin o, finala gedən yolda misirli rəqibinə məğlub olaraq bürünc medalla kifayətlənib.
Qeyd edək ki, Azərbaycan yığması böyüklərin yarışında 1 gümüş və 3 bürünc medal əldə edib.
Dağ velosipedi üzrə Avropa çempionatı Höteborqda keçiriləcək
Bundesliqa: “Bavariya” Münxendə “Verder Bremen”in qapısından üç cavabsız top keçirib
Avropa çempionatı: Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarının təqvimi açıqlanıb
Qərbi Azərbaycandan olan həndbolçu: Səbirsizliklə doğma torpaqlarımıza qayıdacağımız günü gözləyirik
AFFA-nın aşağı liqalarının oyunları hava şəraiti ilə əlaqədar təxirə salınıb