“Qarabağ”ın U-15 komandası beynəlxalq turnirə qələbə ilə başlayıb
Bakı, 7 fevral, AZƏRTAC
“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə mübarizəyə başlayıb.
AZƏRTAC xəbər verir ki, Vüqar Əsgərlinin baş məşqçi olduğu kollektiv Minsk şəhərində təşkil olunan “Bizim gələcəyimiz” turnirinin ilk turunda Rusiya “Zvezda”sı ilə görüşüb.
B qrupunda yer alan “köhlən atlar” bu qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib. Hesabı 9-cu dəqiqədə Əli Bəşirov açıb. Bu qoldan 4 dəqiqə sonra Ağdam təmsilçisinin qapıçısı Bilal Hacıyev penaltini dəf edərək rəqibin hesaba tarazlıq gətirməsinə imkan verməyib. Murad İbrahimovun 21-ci dəqiqədə fərqlənməsi isə “Qarabağ”ın üstünlüyünü iki topa çatdırıb.
Qeyd edək ki, Vüqar Əsgərlinin rəhbərlik etdiyi komanda qrupdakı digər iki matçını sabah keçirəcək. “Qarabağ” öncə Rusiya “Olimpik”i, ardınca Belarus BATE-si ilə qarşılaşacaq.
UEFA İntizam Komitəsi Gürcüstan Futbol Federasiyasını cərimələyib
“Qələbə qaçışı”nın qalibi: Bu yarış mənim üçün yeni təcrübə oldu
Fərid Qayıbov: “Qələbə qaçışı”nda iştirakçı sayının artması sevindirici haldır