Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanda səs veriblər
Bakı, 7 fevral, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərində təlim-məşq toplanışında olan stolüstü tennisçilərdən ibarət Azərbaycan milli komandasının üzvləri və baş məşqçisi prezident seçkiləri ilə bağlı səsvermədə iştirak ediblər.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, onlar Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı şəhərində yerləşən nümayəndəliyində təşkil edilən səsverməyə qatılıblar.
Qeyd edək ki, prezident seçkiləri ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində keçirilir. Seçkilərdə 7 namizəd mübarizə aparır. Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfərdir. Seçki prosesini 790 beynəlxalq müşahidəçi izləyir. Onlar 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil edirlər. Yerli müşahidəçilərin ümumi sayı isə 90 minə yaxındır. Seçkiləri 109 beynəlxalq media qurumunun 216 təmsilçisi işıqlandırır. Səsvermə saat 19:00-da başa çatacaq.
Azərbaycan klubu amerikalı basketbolçu ilə müqavilə imzalayıb
“Neftçi” basketbol klubunun yeni baş məşqçisi: Uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm
Arif Əsədov: “Qarabağ”ın vurduğu ikinci qoldan sonra “Neftçi” ruhdan düşdü