İkiqat Olimpiya mükafatçısı səs verib: Vətəndaşlıq borcumu yerinə yetirdim
Bakı, 7 fevral, AZƏRTAC
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.
AZƏRTAC xəbər verir ki, səs verənlər arasında qadın güləşçilərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi Toğrul Əsgərov da var.
İkiqat Olimpiya mükafatçısı (1 qızıl, 1 gümüş medal) və Avropa çempionu 27 saylı Xətai seçki dairəsinə gələrək öz namizədinə səs verib.
T. Əsgərov daha sonra seçkilərlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüb: "Tarixi anlara şahidlik edirik. Ərazi bütövlüyümüzün bərpasından sonra ilk prezident seçkiləridir. Vətəndaşlıq borcumu yerinə yetirdiyimə görə xoşbəxtəm. Azərbaycan üçün xeyirli olsun”.
Premyer Liqa: “Turan Tovuz” son dəqiqələrdə vurulan qolla “Araz-Naxçıvan”a qalib gəlib
“Neftçi” və “Qarabağ”ın start heyətləri açıqlanıb
Dünya Kubokunda iştirak edəcək idman gimnastlarımız bəlli olub
Misli Premyer Liqası: "Neftçi" doğma meydanda "Qarabağ"ı qəbul edəcək