×
A
A
A
Sazlamalar

Kriştianu Ronaldunun sərvəti açıqlanıb

Bakı, 7 fevral , AZƏRTAC

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldunun sərvəti məlum olub.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 39 yaşlı hücumçunun sərvətinin ümumi dəyəri 850 milyon avrodur.
Geyim və ətir markalarının, fitnes mərkəzlərinin və hotellərin sahibi olan portuqaliyalı ulduz hazırkı komandasından illik 190 milyon avro maaş alır.
Qeyd edək ki, K.Ronaldu ötən il məşhur “Forbes” nəşrinin tərtib etdiyi ən çox gəlir əldə edən futbolçuların siyahısında ilk pillədə yer alıb.

 

İdman 2024-02-07 14:54:00