×
A
A
A
Sazlamalar

Qızıl Avropa Liqası: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub

Bakı, 7 fevral, AZƏRTAC

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqasındakı oyunlarının təqvimi bəlli olub.
AZƏRTAC xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv ilk matçını mayın 17-də Osiyek şəhərində Xorvatiya seçməsinə qarşı keçirəcək.
Yığma bu matçda nominal meydan sahibi olacaq.
Azərbaycan millisi bir gün sonra isə eyni məkanda Slovakiyanı sınağa çəkəcək.
Qeyd edək ki, milli komanda oyunlarını Xorvatiya ilə yanaşı, Rumıniya və Azərbaycanda da keçirəcək.

17 may
19:00. Azərbaycan – Xorvatiya
Qradski tədris və idman zalı (Xorvatiya)

18 may
15:00. Slovakiya –Azərbaycan
Qradski tədris və idman zalı (Xorvatiya)

24 may
17:00. Azərbaycan – Rumıniya
“Sala Polivalenta” idman zalı, (Rumıniya)

25 may
17:00. İsveç – Azərbaycan
“Sala Polivalenta” idman zalı, (Rumıniya)

31 may
18:00. Estoniya – Azərbaycan
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi

İdman 2024-02-07 14:33:00